Cüdoçumuz Yaponiyada himnimizi səsləndirdi - YENİLƏNİB

Cüdoçumuz Yaponiyada himnimizi səsləndirdi - YENİLƏNİB
Azərbaycanın iki cüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yaponiyalı Soişi Haşimotonu məğlub edib.
81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev isə üçüncü yer uğrunda görüşdə Tacikistan təmsilçisi Somon Maxmadbekov üzərində qələbə qazanaraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev (73 kiloqram), Səid Mollayi (81 kiloqram), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Azərbaycan millisi Böyük Dəbilqə turnirində 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.
***10:01
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək.
81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Makhmadbekovun müqavimətini qırmağa çalışacaq.
Bu gün tamamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) Acelya Toprak (57 kq) medal şanslarını itiriblər.
Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.
Gundelik-Baku.Org