Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB

Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB
Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
Cüdoçumuz final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.
***19:08
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
İdmançımız ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
Gundelik-Baku.Org