Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək.
81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Maxmadbekovun müqavimətini qırmağa çalışacaq.
Bu gün tatamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) və Acelya Toprak (57 kq) artıq medal şanslarını itiriblər.
Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəcəsində 13 kişi və bir qadın idmançı ilə təmsil olunur.
Gundelik-Baku.Org