“Barselona”dan qovula bilər

“Barselona”dan qovula bilər
"Barselona"nın baş məşqçisi Xavi artıq Kataloniya klubunun futbolçularının etimadını qazana bilmir.

Xarici mətbuat bildirir ki, bu barədə jurnalist Kike Mateu məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Barselona”nın oyunçuları Xavinin futbol meydançasında onlardan nəyə nail olmaq istədiyini başa düşməyi dayandırıblar. Buna görə də onun məşq metodlarına daha az etibar etməyə başlayıblar. Qeyd olunur ki, Xavi yalnız "Barselona"nın əfsanəsi statusuna görə postunu tutmağa davam edir.

Məlumata görə, kataloniyalılar evdə "Portu"ya qalib gələ bilməsələr, bu gün Çempionlar Liqası oyunundan sonra Xavi "Barselona"dan qovula bilər.

Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub.

Bu mövsüm "Barselona" çempionatda lider "Real"dan 4 xal geri qalaraq dördüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında kataloniyalılar “Portu” ilə qrupda birinci-ikinci yeri bölüşürlər.
Gundelik-Baku.Org