UEFA Azərbaycanın 3 klubuna ödəniş edib

UEFA Azərbaycanın 3 klubuna ödəniş edib
2022/2023 mövsümündə avrokuboklarda çıxış edən Azərbaycan klublarından üçünə UEFA tərəfindən ödəniş olub.

Qitə futbol qurumu tərəfindən UEFA Konfrans Liqasında çıxışa görə “Neftçi”, “Qəbələ” və “Zirə”yə ayrılan əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə onların hesabına köçürülüb.

“Neftçi” 106 943 avro, “Qəbələ” və “Zirə” isə hərəyə 64 166 avro gəlir əldə edib.
Gundelik-Baku.Org