Fransa liqasında yenilik

Fransa liqasında yenilik
Fransa Liqa-1-də yenilik tətbiq olunub.

Hər tur bombardirlik yarışında lider oyunçu yeni forma ilə oyuna çıxacaq. Formanın üzərində “Top scorer” (ən yaxşı bombardir) sözləri yazılan qızılı loqo olacaq. İdeya Liqa-1-ə məxsusdur.

İlk forma dünən “Monako”ya qarşı 13-cü turun matçından əvvəl PSJ-nin hücumçusu Kilian Mbappeyə təqdim olunub. Görüş 5:2 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Mbappe 39-cu dəqiqədə komandasının 2-ci qolunu (penaltidən) vurub.

Qeyd edək ki, hazırda Mbappe 13 qolla bombardirlər yarışına başçılıq edir.
Gundelik-Baku.Org