“Sabah” bu gün son oyununu keçirəcək

“Sabah” bu gün son oyununu keçirəcək
FIBA Avropa Kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq. Azərbaycan təmsilçisi “Sabah” da son oyununa çıxacaq.

D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq VI turun matçı saat 19:00-da başlayacaq.

Hazırda hesabında 6 xal olan “Sabah”ın II mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Bağçaşəhər” də 9 xala malikdir.
Gundelik-Baku.Org