Rayonda evləri qarət edənlər saxlanıldılar

Rayonda evləri qarət edənlər saxlanıldılar
Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Əzizov və Sabit Hüseynli saxlanılıblar. Onların fərdi yaşayış evlərindən məişət əşyaları oğurladıqları müəyyən edilib.
Adıçəkilən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər, faktla bağlı araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org