Kənd məktəblərinin müəllimləri qəzaya düşdü, ölən var

Kənd məktəblərinin müəllimləri qəzaya düşdü, ölən var
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.
Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.
Gundelik-Baku.Org