Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü - YENİLƏNİB

Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü - YENİLƏNİB
Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - Niyazi Bayramov dünyasını dəyişib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.

***
07:58
Gəncədəki cinayət hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yaralanan Kamal Bayramovun anası Ofelya Bayramova bildirib ki, mübahisə pul məsələsi üstündə olub:
"Əli Bayramovun Kamala 7 min 500 manat borcu olub. Əli bizdən pensiya düzəltmək adı ilə pul alıb. Onlar iş yoldaşı olublar. Əli ingilis dili müəllimi idi. Kamal isə tarix müəllimi idi", - deyə o qeyd edib.
***
21:39
Xəbər verdiyimiz kimi dekabrın 11-də Gəncə şəhərində baş vermiş kütləvi dava ilkə əlaqədar Baş Prokurorluq və Daxili Ìşlər nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 
Məlumatda qeyd olunur ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
21:22
Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.
Hadisə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov qətlə yetirilib.
1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.
İlkin məlumata görə dava pul üstündə düşüb. 
21:00
Gəncədə kütləvi dava olub. Ölən və yaralananlar var.
Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Dava zamanı 1 nəfər güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
  • Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü - YENİLƏNİB (FOTOLAR)
  • Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü - YENİLƏNİB (FOTOLAR)
  • Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü - YENİLƏNİB (FOTOLAR)


Gundelik-Baku.Org