DİN rəsmisi xanım sürücülərə xəbərdarlıq etdi

DİN rəsmisi xanım sürücülərə xəbərdarlıq etdi
"Sürücülərin, xüsusilə xanım sürücülərin diqqətinə! Yolayrıclarında, parkinq və dayanacaqlarda şəxsi əşyalarınızı  avtomobilin görünən yerlərində - oturacaqların üstündə saxlamayın".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi bildirib ki, bu hal, həmin əşyaların talanması ilə nətilənə bilər:
"Avtomobildən düşərkən qapıları və şüşələri bağlamağı unutmayın. Avtomobilləri  işıqlandırılan, müşahidə kameralarının olduğu küçə və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin".
Gundelik-Baku.Org