DSX əməliyyat keçirdi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

DSX əməliyyat keçirdi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə “marixuana”ya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.
Oktyabr ayının 15-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı nəticəsində sərhədboyu zolağı və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 414 qram narkotik vasitə “marixuana” ya bənzər maddə və 1850 ədəd “gabaprel 300” həbi aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
  • DSX əməliyyat keçirdi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
  • DSX əməliyyat keçirdi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
  • DSX əməliyyat keçirdi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Gundelik-Baku.Org