Bakıda FACİƏ: Bir ailənin 3 üzvü ÖLDÜ

Bakıda FACİƏ: Bir ailənin 3 üzvü ÖLDÜ
Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Gundelik-Baku.Org