Beyləqanda 49 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

Beyləqanda 49 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
Dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Beyləqan Rayon Prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.
***
16:31
Dekabrın 23-də saat 16:10 radələrində Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətindən bildirilib ki, Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib. 
Araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org