Qanunsuz balıq ovlayanlara qarşı akt tərtib olundu

Qanunsuz balıq ovlayanlara qarşı akt tərtib olundu
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı onların Bakı şəhər sakinləri Şamo Ələbbasov, Sabir Həsənov, Mehbarə Abdullayeva, Tofiq Həsənov və Mingəçevir şəhər sakini Tahir Əhmədov olduğu məlum olub.
Qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.
Gundelik-Baku.Org