Qanunsuz ov edən şəxs saxlanıldı - FOTO

Qanunsuz ov edən şəxs saxlanıldı - FOTO
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının və Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. 
Xidmətin rəisi Firuddin Əliyev bildirib ki, Xidmətin, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 
“Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.
Xidmət rəisinin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor yığışdırılıb.
  • Qanunsuz ov edən şəxs saxlanıldı - FOTO
Gundelik-Baku.Org