Qanunsuz ov edənlər cəzalandırıldı

Qanunsuz ov edənlər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Astara rayonları akvatoriyasında, Mingəçevir su anbarında, Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Altay Qubatov, Qalib Cəbrayılov, Rövşən Museyibov, Səxavət Əskərov, İkram Həsənov, Siyəzən rayon sakinləri Hikmət Ağayev və Asif Mirzəyev, Mingəçevir şəhər sakini Seymur Yusubov, Astara rayon sakinləri Zülfü Süleymanov və Coşqun Dadaşov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 
“Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Biləsuvar rayon sakini Həsən Həsənli, Sabirabad rayon sakinləri Müşfiq Əliyev və Elvin Əliyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Gundelik-Baku.Org