Göyçayda 4 otaqlı ev YANDI

Göyçayda 4 otaqlı ev YANDI
Göyçay rayonunda yanğın hadisəsi olub.
"Unikal"ın məlumatına görə hadisə bu gün saat 15:30 radələrində rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Usubov Ariz Əli oğluna məxsus ümumi sahəsi 250 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin bir hissəsi yanıb, alovun qarşısı alınıb, xəsarət alan olmayıb.  Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org