Oğuzda şadlıq sarayında YANĞIN

Oğuzda şadlıq sarayında YANĞIN
Oğuz rayonunda şadlıq sarayında yanğın olub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org