Qanunsuz ov halları ilə bağlı 16 iş məhkəmələrə göndərildi

Qanunsuz ov halları ilə bağlı 16 iş məhkəmələrə göndərildi
2022-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 130 şəxs (o cümlədən, 14 nəfər xarici vətəndaş) saxlanılıb, maddi sübut kimi 78 ədəd ov silahı, 769 ədəd patron, qanunsuz ovlanmış 114 baş quş, 6 baş heyvan götürülüb, 172350 manat cərimə tətbiq edilib, 38747 manatın ödənilməsi təmin edilib, 7803,1 manat ziyan tətbiq edilib və 3279,1 manatın ödənilməsi təmin olunub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 7 iş polis orqanlarına göndərilib, 134 iş icra şöbələrinə, 16 iş isə məhkəmələrə göndərilib.
"2021-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə üzrə 170 şəxs (o cümlədən, 37 nəfər xarici vətəndaş) saxlanılıb, maddi sübut kimi 153 ov tüfəngi, 1086 ədəd patron, qanunsuz ovlanmış 155 baş quş, 13 baş heyvan götürülüb, 235 iş üzrə 245950 manat cərimə tətbiq edilib, 87354,9 manatın ödənilməsi təmin edilib, 5658,9 manat ziyan tətbiq edilib və 1938,5 manatın ödənilməsi təmin edilib. 29 iş polis orqanlarına göndərilib, 53 iş icra və probasiya şöbələrinə, 8 iş isə məhkəmələrə göndərilib".
Gundelik-Baku.Org