"Azərbaycan Dəmir Yolları” QSC-yə aid vaqonlar YANDI

"Azərbaycan Dəmir Yolları” QSC-yə aid vaqonlar YANDI
“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus stansiyada vaqonlar yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org