Xərçəngə tutulan Armağan izləyicilərlə vidalaşdı

Xərçəngə tutulan Armağan izləyicilərlə vidalaşdı
Xərçəng xəstəliyindən müalicə alan məşhur türk prodüser və aparıcı Armağan Çağlayan yutubla vidalaşıb.
O, sözügedən platformadakı layihələrini dayandırmaq qərarına gəlib. Bu barədə Armağan instaqramda paylaşım edib:

“Bu fotolar dünənki son yutub çəkilişimizdəndir. Fevralın ortalarına qədər məni izləyə biləcəksiniz, amma dünən son dəfə çəkiliş etdik. Artıq yutubla vidalaşmağın vaxtıdır. Həkim dedi ki, işləri azaldıb, özümə vaxt ayırım. İndiyə qədər yutub verilişlərimizə göstərdiyiniz marağa görə çox sağ olun. Başqa kanallarda və başqa macəralarda görüşmək ümidi ilə. Hər şeyə görə çox sağ olun”.
Qeyd edək ki, bir müddət öncə əməliyyat olunan Çağlayan xəstəliyə qalib gəldiyini açıqlamışdı, onun müalicələri isə hələ də davam edir.

Gundelik-Baku.Org