“Sən mənə Aylanı hədiyyə etdin“ - Sevdaya təbrik

“Sən mənə Aylanı hədiyyə etdin“ - Sevdaya təbrik
Yenicə ana olan müğənni Sevda Yahyayevanın 37 yaşı tamam olub.
Bu münasibətlə müğənninin əri Zakir Bayramov "Instagram"da paylaşım edib.
Sevdayla birgə şəklini izləyicilərlə bölüşən Zakir xanımı barədə fikirlərini qeyd edib:
“Sevdam... Olduğumuz bu müddət ərzində məni xoşbəxt edən insan. Sən mənə düzgün sevməyi və necə sevildiyimi hiss etdirə bildin, öyrətdin. Hər gün səninlə bu dünyanı başqa cür kəşf etdim. Artıq mən də səmanı qara rəngdə yox, onun göy, sarı, narıncı rənglərlə dolu olduğunu görə bilirəm. Sən mənə Aylanı hədiyyə etdin, mənə “ata” adını yaşatdın. Və mən səni sevirəm… Ad günün mübarək, bizim ocağımızın mələyi”.
Qeyd edək ki, cütlük ötən il ailə qurub. Onların Ayla adlı bir qızı var.
Gundelik-Baku.Org