Çində insan və heyvan tükündən un istehsal edilir

Çində insan və heyvan tükündən un istehsal edilir
Çində insan və heyvan tükündən un istehsal edilir.
Bu iddianı türkiyəli qida mühəndisi Hayrettin İşbilir telekanallardan birində verdiyi müsahibə zamanı səsləndirib.
“Çin kimi əhalisi çox olan bir ölkəni düşünün. Bu ölkədə bərbərlərin tullantı deyə atdıqları saç və tük qırıntıları, eyni zamanda istehlak olunan heyvanların, o cümlədən it və donuzların tükləri toplanır və qida əlavəsi kimi istifadə olunur. Pulsuz xammaldır. Tüklərdən sistein hazırlanır, sistein protetin sayıldığına görə, dövlət tərəfindən qidalara əlavəsi qadağan edilimir. Bu maddə əsasən lavaş unu adı ilə satılan una qatılır.
Sisteinli undan hazırlanan xəmir çox elastik olur və cırılmır. Ona görə bəzi ustaların əllərində oynadıb, havada sini kimi fırlatdıqları o yuxa xəmirləri cırılmır, dartılır və hərəkət etdirdikcə genişlənir.
Eyni zamanda bu qatqı maddəsi un məmulatlarını uzun ömürlü edir, ondan bişirilən məmulatlar keyfiyyətini itirsə də görüntüsünü itirmir, təzə kimi qalır”- deyə mütəxəssis bildirib.
Gundelik-Baku.Org