Niyə yumurtalar ağ və sarı olur? Fərqləri...

Niyə yumurtalar ağ və sarı olur? Fərqləri...
Marketlərdə yumurta alarkən sarı və ağ rənglər arasında seçim edirik. Əksəriyyət isə onların fərqini bilmir.
Xarici media ağ və sarı yumurtanın fərqini təqdim edir.
Bəziləri elə bilir ki, yumurtanın rəngi nə qədər tünd olarsa qida dəyəri də çoxdur. Ancaq bu yanlışdır. Adətən Avropada sarı rəngli yumurtalar çox istehlak edildiyi halda, ABŞ-da əksinədir. Rənglərin yumurtanın qida dəyərinə heç bir təsiri yoxdur. Hər iki yumurtada eyni miqdarda protein və minerallar var. Təbii ki, yumurtanın rəngi yox, toyuğun yemi qida dəyərinə təsir edə bilər.
Ağ toyuqlar ağ, tükləri sarı və ya qırmızı olanlar isə sarı rəngdə yumurtlayır. Yumurtaların rənglənməsinə təsir edən piqmentlər var. Sarı yumurtanı hazırlayan piqmentə IX protoporfirin deyilir. Leqhorn piqmenti isə qabığın ağ olmasına təsir edir.
Gundelik-Baku.Org