Çeburaşka haqqında serial çəkilə bilər

Çeburaşka haqqında serial çəkilə bilər
“Soyuzmultfilm” kinostudiyası Çeburaşka haqqında serial yaratmaq imkanını nəzərdən keçirir.
Bunu kinostudiyanın sədri Yuliana Slaşçeva bildirib.
“Biz Çeburaşka haqqında serial yaratmaq imkanlarını araşdırırıq, çünki bizdə artıq personajların 3D modelləri yaradılıb. Bəlkə də bu, dialoq seriyalı olacaq, çünki Çeburaşkanın həmişə çox təsir edici dialoqları olub”, - Slaşçeva jurnalistlərə məlumat verib.
O, serialın yanvarın 1-də yayımlanan film əsasında çəkilməyəcəyinə aydınlıq gətirib.
Slaşçeva həmçinin bildirib ki, Çeburaşkanın müəllifi Eduard Uspenski cizgi filmi qəhrəmanının hüquqlarını studiyaya ötürüb ki, bu, həm film, həm də serial üçün yeni ssenari yaratmağa imkan verir.
Mənbə: İnterfaks
Gundelik-Baku.Org