“Heç kimin sirrini afişa etməmişəm”

“Heç kimin sirrini afişa etməmişəm”
Türkiyəli məşhur psixiatr Gülseren Budayıcıoğlu tənqidlərə reaksiya verib.
Bir çox kitabına serial çəkilən və sonuncu ekran işi - “Yalı çapkını” reytinqlərdə birinci olan həkim “Xəstələrin sənədlərindən ssenari çıxarır” sözlərini belə cavablandırıb:
“Heç kimin sirrini afişa etməmişəm. Xəstələrimin sənədlərinin başqaları tərəfindən görülməməsi, oxunmaması üçün əlimdən gələni etmişəm. Gerçək hekayələri onların kimsənin tanımayacağı formaya gətirib elə yazmışam. Buna çox həssas yanaşmışam. Önəmli olan hekayənin özü, verdiyi mesaj idi. Bunu kimin yaşadığı elə də önəmli deyildi, ancaq yaşananlar gerçək idi. Bu günədək heç bir xəstəm bundan narahat olmayıb, əksinə, mənə o qədər güvəniblər ki, yazdığıma yox, ən çox yazmadıqlarıma təəssüfləniblər”.
Qeyd edək ki, “Masumlar apartmanı”, “İstanbullu gelin”, “Kırmızı oda”, “Camdakı kız” kimi serialların da hekayəsini G.Budayıcıoğlu yazıb.
Gundelik-Baku.Org