Aslı ilk dəfə əri ilə görüntüləndi

Aslı ilk dəfə əri ilə görüntüləndi
Ana olmağa hazırlaşan aktrisa Aslı Enver ilk dəfə həyat yoldaşı ilə görüntülənib.
Sənətçi iş adamı əri Berkin Gökbudak ilə əl-ələ bir restoran çıxışı kameralara tuş gəlib. Aslı “Hər şey çox yenidir. Valideynlərin bir sözü var, deyirlər, uşaqdan çox danışmamaq lazımdır. Berkinin oğlu da çox şirindir, hər şey yaxşıdır”, - deyə bildirib.
İş adamı isə xanımının aktrisalığı ilə bağlı suala ”Onunla qürur duyuram. Əvvəldən də bəyənirdim. Çox uğurlu aktrisadır” cavabını verib.
Gundelik-Baku.Org