Zeynepin onurğa sümükləri sındı

Zeynepin onurğa sümükləri sındı
Müğənni Zeynep Bastıkın başına iş gəlib.
Populyar sənətçi evindəki pilləkəndən yıxılaraq xəsarət alıb. Bu barədə Zeynep özü instaqramda məlumat yayıb.
“İki gecə bundan əvvəl pilləkənlərdən sürüşüb yıxıldım, nəticədə onurğa sümüklərimdən ikisi qırıldı. Əməliyyatlıq deyiləm, lakin bir müddət korsetdən istifadə edəcəm. Ciddi ağırlarım, hərəkət etdikdə sancılarım olur. Amma yaxşı olacağam. Bir müddət konsertlərdə və digər yerlərdə görüşə bilməyəcəyik. Ən çox da bunun üçün kədərliyəm. Ən qısa müddətdə bomba kimi qayıtmaq üçün nə lazımdırsa, edəcəyəm. Sizi sevirəm”, - deyə, Bastık bildirib.
Gundelik-Baku.Org