Küveytin müdafiə naziri seçildikdən 2 ay sonra istefa verdi

Küveytin müdafiə naziri seçildikdən 2 ay sonra istefa verdi
Küveytin müdafiə naziri Şeyx Abdullah Əli Əl-Abdullah istefa ərizəsini bu ölkənin baş naziri Şeyx Əhməd Nəvaf əl-Əhməd əl-Sabaha təqdim edib. 
Bu barədə "Əl-Qabas" qəzeti məlumat dərc edib. 
Mənbələr Küveytin müdafiə nazirinin gələn bazar günü bu ölkənin baş naziri ilə görüşəcəyini və istefasının ictimaiyyətə açıqlanaraq həyata keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Abdullah Əli Əl-Sabah 2022-ci il oktyabrın 16-da Küveytin müdafiə naziri seçilib.
Küveyt müdafiə nazirinin istefasının səbəbi hələlik açıqlanmayıb. 
Gundelik-Baku.Org