İranda təhsilə ara verilib

İranda təhsilə ara verilib
İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyi yüksək səviyyədə olduğu üçün məktəblərdə təhsilə verilən fasilə yenidən uzadılıb.
Perdis, Dəmavənd və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblər çərşənbə və cümə axşamı günləri bağlı olacaq.
Səhər saatlarından dərslərin onlayn keçiriləcəyi bildirilib.
Paytaxt Tehranda hava keyfiyyətinin 168 indeksi ətrafında dövr etdiyi vurğulanıb ki, bu da bütün qruplar üçün qeyri-sağlam şərait deməkdir.
Açıq yerlərdə idmanla məşğul olmaq qadağan edilib.
Vətəndaşlardan zərurət olmadıqda səyahətdən çəkinmələri istənilib.
Mənbə: IRNA
Gundelik-Baku.Org