Ukraynanın daha bir ölkədəki səfirliyinə qanlı zərf göndərildi

Ukraynanın daha bir ölkədəki səfirliyinə qanlı zərf göndərildi
Bu gün səhər Ukraynanın Yunanıstandakı səfirliyinə qanlı zərf göndərilib.
“Strana” xəbər verir ki, bu barədə məlumatı Ukrayna XİN-in rəsmi sözçüsü Oleq Nikolenko açıqlayıb. 
Onun sözlərinə görə, zərfi göndərən şəxsin ünvanı isə Ukraynanın digər ölkələrdəki səfirlik və konsulluqlarına göndərilən oxşar zərflərdə olduğu kimidir. 
Belə ki, sözügedən zərflərin üzərində göndərən şəxsin ünvanı olaraq Almaniyanın Zindelfingen şəhərində “Tesla” avtomobil salonu göstərilib. 
Diplomat qeyd edib ki, bu, artıq Ukraynanın 17 ölkədə diplomatik nümayəndəliklərinin aldığı 33-cü belə təhdid halıdır. Bu təhdidlər arasında 1 terror aktına cəhd, 2 bomba haqqında məlumat, 1 vandalizm aktı, 1 məktubla təhdid halı və 28 qana bulaşdırılmış zərf olub.
Xatırladaq ki, hazırda bu bağlama və zərfləri göndərən şəxsin kimliyinin aşkar edilməsi üçün araşdırma aparılır.
Gundelik-Baku.Org