Britaniya xalqından Meqanla Harrinin filminə sərt reaksiya!

Britaniya xalqından Meqanla Harrinin filminə sərt reaksiya!
Şahzadə Harri və xanımı Meqan Marklın həyatından bəhs edən sənədli film Böyük Britaniyada qalmaqala səbəb olub.
Britaniya xalqı layihədə krallığı ittiham edən Meqan və Harriyə qarşı sərt reaksiya verib. Əksəriyyət cütlüyün krallıq titullarının alınmasını, yüksək rütbəli siyasi xadimlər isə onların tacqoyma mərasiminə qatılmamağını istəyib.

Cütlüyün diqqətləri üzərinə çəkən ekran işindən 100 milyon dollar (təxmini 170 milyon manat) aldığı iddia edilib.

“Netflix”də yayımlanan filmin ilk bölümündə Harri “Meqanın çox xüsusiyyəti anam Dianaya bənzəyir. Eyni şəfqət, güvən, istiliyə sahibdirlər”, - deyə, bildirirb.
Qeyd edək ki, hələ ki layihənin ilk üç bölümü paylaşılıb.

Gundelik-Baku.Org