İran aksiyalarda saxlanılan 2000 nəfəri ictimai məhkəməyə çıxaracaq

İran aksiyalarda saxlanılan 2000 nəfəri ictimai məhkəməyə çıxaracaq
İran hakimiyyəti etiraz aksiyalarında saxlanılan 2000 nəfərin Tehranda və paytaxt xaricindəki digər şəhərlərdə ictimai məhkəmələrini keçirəcək.
İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni Edjeyin sözlərinə görə, rejimi devirmək niyyətində olan etirazçılar xarici qüvvələrin təsiri altındadır və qanuni standartlara uyğun olaraq cəzalandırılacaqlar.
Nümayişçilərdən biri - 22 yaşlı Məhəmməd Qobadlo artıq edam cəzasına məhkum edilib. Məhəmmədin anasının sözlərinə görə, hakimiyyət müttəhimi vəkillərinin xidmətindən məhrum edib və bir dinləmədən sonra hökm çıxarıb.
“Bu, İslam ədalətidirmi? Hansı məhkəmə insanları bir dinləmədən sonra ölümə məhkum edir?” - deyə Qobadlonun anası internetdə yayımlanan videoda qeyd edib.
Mənbə: Lenta.ru
Gundelik-Baku.Org