Ukrayna Rusiyanı ittiham etdi: 165 gəmi Bosfor boğazında ilişib

Ukrayna Rusiyanı ittiham etdi: 165 gəmi Bosfor boğazında ilişib
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı Qara dənizdən keçən taxıl dəhlizinin işinin ləngiməsinə səbəb olan hərəkətlərdə ittiham edib.
Bu barədə Ukrayna nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Nazirlik qeyd edib ki, oktyabrın 14-dən etibarən İstanbul Birgə Koordinasiya Mərkəzinin rusiyalı müfəttişləri taxıl yükləmək üçün Ukrayna limanlarına gedən və ya artıq yüklənmiş və son təyinat məntəqəsinə yollanan gəmilərin yoxlanılmasını əhəmiyyətli dərəcədə davam etdirib. Nəticədə 165-dən çox gəmi Boğazda növbəyə ilişib və bu rəqəm hər gün artmaqda davam edir.
"Rusiyanın taxıl təşəbbüsü gəmilərinin yoxlanışını ləngitməsinin siyasi motivli olduğuna inanmağa əsasımız var. Bu yaxınlarda Rusiya rəhbərliyi heç bir hüquqi əsas olmadan taxıl dəhlizini şübhə altına almağa çalışaraq, Moskvanın sazişin uzadılması ilə bağlı razılığı üçün yeni güzəştlər tələb edib", - XİN-dən bildiriblər. 
Qeyd olunur ki, Rusiyanın hərəkətləri qlobal ərzaq təhlükəsizliyini, xüsusən də Cənubda təhlükə yaradır. Yoxlamaların gecikdirilməsi artıq Ukraynanın əlavə 3 milyon ton taxıl ixrac etməsinə mane olub - Rusiyanın siyasi gündəmi ucbatından dünyada 10 milyon insan vaxtında ərzaq ala bilməyib.
"Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Ukraynanın taxıl ixracına arxalanan Afrika və Asiya ölkələrini Rusiyadan taxıl dəhlizi gəmilərinin yoxlanılmasında bu süni gecikmələrə dərhal son qoymasını tələb etməyə çağırırıq. Biz Kremlin milyonlarla insanı girov saxlamasına imkan verməməliyik”, - bəyanatda deyilir.
Ukrayna Rusiya tərəfdən gecikmələri təcili həll etmək, xüsusən də Bosfor boğazında müfəttişlərin sayını artırmaq üçün Birgə Koordinasiya Mərkəzinin Katibliyinə də müraciət edib.
Oktyabrın 13-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Moskvanın sazişdən çıxmaq niyyətində olduğuna dair siqnallardan sonra beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dəniz üzərindən “taxıl dəhlizi”ni pozmasının qarşısını almağa çağırıb.
Gundelik-Baku.Org