Saakaşvili məhkəməyə əlil arabasında aparılacaq" - Vəkil

Saakaşvili məhkəməyə əlil arabasında aparılacaq" - Vəkil
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin tibbi müayinəsi zamanı onun orqanizmində arsen maddəsi aşkarlanıb. 
Bu barədə noyabrın 28-də eks-prezidentin vəkili Şalva Xaçapuridze məlumat verib.
"Məlum oldu ki, tədqiqatlar nəticəsində Mixail Saakaşvilinin bədənində yeni maddə – arsen aşkar edilib", – Xaçapuridze bildirib.
Onun sözlərinə görə, Saakaşvili bazar ertəsi keçiriləcək növbəti məhkəmə iclası üçün zala xüsusi əlil arabasında gətiriləcək: "O, artıq müstəqil hərəkət edə bilmir".
Gundelik-Baku.Org