Etirazlar təsirini göstərdi: Çin karantin məhdudiyyətlərini yumşaldacaq

Etirazlar təsirini göstərdi: Çin karantin məhdudiyyətlərini yumşaldacaq
Antikovid etirazları Çində son illərdə baş vermiş ən böyük vətəndaş itaətsizliyinin nümayişinə çevrildi.
Çin yaxın günlərdə COVID-19 karantin protokollarının yumşaldılacağını, həmçinin kütləvi testlərin azaldılacağını elan etməyə hazırlaşır. Bu qərar qəzəbli ictimaiyyətin geniş etirazlarından sonra siyasətdə əhəmiyyətli dəyişiklik hesab olunur.
Çində koronavirusa yoluxma sayı rekord səviyyəyə yaxın olaraq qalır, lakin dəyişikliklər müşahidə olunur. Belə ki, bəzi şəhərlərdə son günlər təcrid olunma halları ləğv edilir. Yüksək səviyyəli ölkə rəsmisinin sözlərinə görə, virusun xəstəliyə yoluxdurma gücü azalır.
Çin səhiyyə orqanları öz ərazilərində məhdudiyyətlərin yumşaldıldığını elan edir, lakin vətəndaş etirazları barədə heç nə demirlər.
İctimaiyyətə açıqlanacaq tədbirlər kütləvi testlərin və müntəzəm nuklein turşusu testlərinin azaldılmasını nəzərdə tutur. Həmçinin koronavirus testi müsbət olan insanların və onların yaxınlarının müəyyən şərtlər altında evdə özünü təcrid etməsinə imkan verən addımların tətbiqi planlaşdırılır.
Mənbə: “Reuters”
Gundelik-Baku.Org