İngiltərədə yumurta satışına məhdudiyyət qoyuldu

İngiltərədə yumurta satışına məhdudiyyət qoyuldu
İngiltərədə paytaxt Londonda fəaliyyət göstərən "Asda Supermarket” şəbəkəsi əhalinin yaşayış bahalığından şikayət etməsindən sonra yumurta satışına məhdudiyyətlər qoyub.

İngiltərə Bankının son günlərdə açıqladığı 3% faiz artımı ilə bir çox müəssisə qiymətlərini artırmağa başladı. Paytaxt Londonda yaşayış bahalığına diqqət çəkmək istəyən ingilislərin hərəkətlərindən sonra faiz artımına münasibətdə bizneslərdən konkret addımlar gəlməyə başlayıb. Londonda fəaliyyət göstərən "Asda Supermarket” şəbəkəsi qiymət artımı ilə əlaqədar yumurta satışını məhdudlaşdırıb. Sosial media istifadəçiləri də bazarın qərarına reaksiya verib.

Digər tərəfdən İngiltərədə açıqlanan yüzdə 11,1 illik inflyasiya son 41 ilin zirvəsi oldu.
Gundelik-Baku.Org