Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını çağırdı

Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını çağırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Təhlükəsizlik Şurasının iclasını çağırıb. 
Türkiyə mətbuatı xəbər verir ki, toplantıda terrorla mübarizə müzakirə olunacaq.
Görüş İstanbuldakı Dolmabaxça sarayında keçiriləcək. İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcəklər.
Qeyd edək ki, dünən İraqda 6 Türk hərbçisi şəhid olub. 
Gundelik-Baku.Org