Yaşar Gülər İranın baş qərargah rəisi ilə danışdı

Yaşar Gülər İranın baş qərargah rəisi ilə danışdı
Türkiyənin yeni təyin olunan müdafiə naziri Yaşar Gülər və İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri telefonla danışıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 
İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri nazir Yaşar Güləri yeni vəzifəsi münasibətilə təbrik edib. Tərəflər bir sıra məsələlərlə bağlı danışıqlar aparıb. 
Gundelik-Baku.Org