Hakan Fidan regional məsələləri müzakirə etmək üçün Qırğızıstana gedir

Hakan Fidan regional məsələləri müzakirə etmək üçün Qırğızıstana gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah, yanvarın 9-da Qırğızıstana gedəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə görüşəcək.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Gundelik-Baku.Org