Medvedyev: Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiyaya müharibə elan etmək deməkdir

Medvedyev: Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiyaya müharibə elan etmək deməkdir
Britaniya hərbi kontingentinin Ukraynada yerləşdirilməsi Rusiyaya qarşı müharibə elan etmək olacaq.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

"Böyük Britaniyanın baş naziri Rişi Sunak “ təhlükəsizlik sahəsində tarixi sazişi” imzalamaq üçün Kiyevə gəlib. Bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin kasetli sursatlardan atəşə tutulmasına Qərb ictimaiyyəti necə reaksiya verərdi? Ümid edirəm ki, bizim əbədi düşmənlərimiz, həyasız britaniyalılar başa düşürlər ki, özlərinin rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elan etmək demək olacaq", deyə Medvedyev Teleqram kanalında yazıb.
Gundelik-Baku.Org