Ukrayna və Britaniya təhlükəsizlik barədə saziş imzalayıblar

Ukrayna və Britaniya təhlükəsizlik barədə saziş imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

“Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” bu gün Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.

Bu saziş NATO-nun Vilnüs sammitində Ukrayna, “Yeddilik” qrupunun üzvləri və onlara qoşulan dövlətlər arasındakı razılaşmaları həyata keçirən təhlükəsizlik müqavilələri arasında birinci olub.

V.Zelenski bildirib ki, Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.
Gundelik-Baku.Org