Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb

Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb
Danimarkanın Gürcüstandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Diplomat hazırda XİN-də görüş keçirir. Gürcüstan XİN Danimarka səfirinin çağırılması ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib. Lorensenin Danimarka mətbuatında çap edilmiş məqaləsinə görə XİN-ə çağırıldığı ehtimal edilir. O, sözügedən məqalədə Gürcüstanın hakim partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin oliqarx olduğunu və sərvətini 1990-cı illərdə Rusiyada qazandığını qeyd edib.
Gundelik-Baku.Org