Gürcüstanda Saakaşviliyə dəstək aksiyaları keçirilir

Gürcüstanda Saakaşviliyə dəstək aksiyaları keçirilir
Bu gün dekabrın 4-də Gürcüstanda ölkənin eks-prezidenti Mixail Saakaşviliyə dəstək üçün etiraz aksiyaları başlayıb. 
Xarici KİV xəbər verir ki, etirazlar Tbilisidə və ölkənin digər böyük şəhərlərində keçirilir.
Günorta saatlarında Gürcüstan prezidentinin iqamətgahı yaxınlığında toplaşan bir qrup həkim Salome Zurabişvilidən keçmiş prezidenti əfv etməyi tələb ediblər. Digər aksiya isə hakim "Gürcü arzusu" partiyasının təsisçisi, milyarder Bidzina İvanişvilinin malikanəsinin qarşısında təşkil olunub.
Gürcüstanın IPN agentliyinin məlumatına görə, etiraz aksiyası etirazçılarla İvanişvilinin həmkəndliləri arasında toqquşmaya çevrilib. 
Gundelik-Baku.Org