Moskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTO

Moskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTO
Rusiya paytaxtında qar örtüyünün hündürlüyü iqlim normasını keçib.
Dünən gecədən fasiləsiz yağan qarın hündürlüyü 30 sm-i ötüb.
Sinoptiklər bunun dekabrın ilk iki ongünlüyündə olduğu kimi iqlim normasını keçdiyini, normadan 20% çox olduğunu bildiriblər.
Hal-hazırda Moskvada güclü qar çovğunu müşahidə olunur. Leninqrad prospekti, Entuziastov şossesi və Moskva Dairəvi yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qarın sabaha qədər dayanmayacağı bildirilib. Moskvalılara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub.
Moskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTOMoskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTOMoskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTO


Gundelik-Baku.Org