Qaxın Sarıbaş kəndində qarın hündürlüyü 1 metrə yaxınlaşıb

Qaxın Sarıbaş kəndində qarın hündürlüyü 1 metrə yaxınlaşıb
Qaxın ucqarda yerləşən Sarıbaş kəndinə güclü qar yağıb.
Bu barədə kənd sakinləri məlumat veriblər.
Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində kənd ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb. Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar, Qaxın isə ən ucqarda yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.
Gundelik-Baku.Org