Şahdağ, Xınalıq və Qrıza qar yağıb - FAKTİKİ HAVA

Şahdağ, Xınalıq və Qrıza qar yağıb - FAKTİKİ HAVA
Mayın 3-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.
Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
*** 09:21
Gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonun Xınalıq kəndində qarın hündürlüyü 8 santimetrdən çox olub.
Gundelik-Baku.Org