Ekvadorda canlı yayıma silahlı basqın: Jurnalistlər girov götürüldü - VİDEO

Ekvadorda canlı yayıma silahlı basqın: Jurnalistlər girov götürüldü - VİDEO
Narkotik dəstəsinin başçısı həbsxanadan qaçdıqdan sonra fövqəladə vəziyyət elan edilən Ekvadorda bir qrup silahlı şəxs televiziya kanalının canlı yayımına basqın edərək jurnalistləri girov götürüb.
Uzun müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvadorda yayımlanan TC televiziya kanalına silahlı və maskalı bir qrup şəxs basqın edib.
Canlı görüntülərdə silahlı şəxslərin televiziya kanalının əməkdaşlarını yıxaraq döydüyü görünür. Kadrlarda güllə və qışqırıq səsləri eşidilir.
Bu hadisə ölkənin ən böyük narkotik şəbəkəsinin liderlərindən biri olan Adolfo Macias Villamarın Ekvadorda həbsxanadan qaçmasından sonra baş verib.
Villamarın həbsxanadan yoxa çıxmasından sonra 60 günlük fövqəladə vəziyyət (OHAL) elan edilib.
Səlahiyyətlilər bütün ölkədə komendant saatı və gecə toplantılarını qadağan etmək qərarına gəliblər.
Ölkə mətbuatının yazdığına görə, fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polis əməkdaşını qaçıraraq onların maşınlarını yandırıblar.
Macias 2011-ci ildə qətl və narkotik ticarəti də daxil olmaqla müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib.


Gundelik-Baku.Org