Rusiya və Qazaxıstan arasında daha bir saziş ləğv edilib

Rusiya və Qazaxıstan arasında daha bir saziş ləğv edilib
Rusiya və Qazaxıstan arasında "Balxaş" radiolokasiya qovşağından istifadəyə dair saziş ləğv edilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qovşağın təhvil verilməsi barədə müqavilə 2014-cü ildə imzalanıb və 2020-ci ildə Putin bu sənədi ləğv edən qanun imzalayıb.
Rusiay "Balxaş" radiolokasiya qovşağından hava hücumundan xəbərdarlıq sistemi kimi istifadə edib.
Rusiyada dörd yeni radar stansiyası istifadəyə verildikdən sonra "Balxaş" radiolokasiya qovşağı lazımsız hala gəlib.
Gundelik-Baku.Org